TƏBİƏT MƏNZƏRƏSİ
Təbiət gözəli göl kənarında,
Bir maral baxışlı xəyala dalır. Hansı daha gözəl, seçə bilmədim, Düşüncəm dolaşır, ağıl çaş qalır. Dağların qoynunda göl ləpələnir, O qızın üzündə nazlı bir gülüş. Elə bil ətrafa nur səpələnir, Canlanır, sevinir yer qarış-qarış. Gözümdə açılır yeni mənzərə, Qəlbimdə bir duyğu, istək yaranır. Sanki qədəm qoyub Tanrı bu yerə, Gözəlin o qara teli daranır. Gözəldi dünyanın hər mənzərəsi, İnsanlar duyğulu, əziz olanda. Onu heç pozmasın qoy güllə səsi, Təbiət qan ağlar sevgi solanda. 27.01.2018. |