GÖZƏL
Belə insan olmaz, belə can olmaz,
Göydən nazil olmuş mələksən, gözəl. Gün kimi parlaqsan, ay kimi nurlu, Neçə arzulara diləksən, gözəl. Olmaz huri, pəri bərabər səncə, Sandım ki yanağın bir cüt tər qönçə. Elə zərifsən ki, incədən incə, Yenicə açılmış çiçəksən, gözəl. Əflatun heyrandı bu gözəlliyə, Layiqsən sultana, həm xana, bəyə. Küsməsin gözəllər, deməsin: "Niyə?", Bütün gözəllərdən göyçəksən, gözəl. 20.01.2018. |