GÜL-DANIŞ
Dillən, olum dilləriyin qurbanı,
Həsrət qoyma şirin dilə, gül-danış. Əgər sussan bağrım alışar yanar, Dönərəm sovrulmuş külə, gül-danış. Tufan olar kimsə dəysə xətrinə, Külli-aləm bələnibdi ətrinə. Adın düşüb şeirlərin sətrinə, Qıyma dönsün yaşım selə, gül-danış. Əflatundu şirin dilin qurbanı, Hazırdı yolunda tökülsün qanı. Öldür qurtar bu beynəva nalanı, Yalvarıram mən ki belə, gül-danış. 18.01.2018. |
Qelemin susmasın
_____________________Salamlar