SƏNƏ SÖYLƏMİŞDİM,DEMİŞDİM,AXI
***
*** Mən heç seviləsi biri deyiləm, Sənə söyləmişdim,demişdim axı. Miskinəm,acizəm,diri deyiləm, Sənə söyləmişdim,demişdim axı. * Sakıt,düşüncəli,qəmli görkəmim, Sanki,dəryalarda qərq olmuş gəmim, Vallah,qocalmışam,deyil o dəmim... Sənə söyləmişdim,demişdim axı. * Bu günə dünəndən qalan çiçəyəm, Nə rəngim,nə qoxum,yalan çiçəyəm, Boş yerə suvarma,solan çiçəyəm, Sənə söyləmişdim,demiştim axı. * Keçmişəm yüz baxış göz-siyahından, Baxıb yandırdığın köz siyahından, Qarala,sil məni öz siyahından, Sənə söyləmişdim,demişdim, axı. * Tutu ağacından çırpa yeyəsi, Yoncalar,yovşanlar qırpa yeyəsi, Mən atın yorulub arpa yeyəsi, Sənə söyləmişdim,demiştim axı. * Bu sevda bu sövda hənə-ziyandır, Zərərin yarsından dönə ziyandır, Mən yerin havası sənə ziyandır, Sənə söyləmişdim,demişdim axı. *** |
Kalemin susmasın
___________________________Selamlar