SÖZ QALACAQ MƏNDƏN SONRA
***
*** Mən gedəcəm bu yerlərdən, Söz qalacaq məndən sonra. Kim əkəcək bu toprağı, Boz qalacaq məndən sonra. * Şumu nə hallı gedəcək, Demə sığallı gedəcək, Qarğalar yallı gedəcək, Toz qalacaq məndən sonra. * Abır həya bacaqlardan Düşməyəcək qucaqlardan, Od sönəcək ocaqlardan, Köz qalacaq məndən sonra. * Hərə bir yönnən gedəcək, Yön bilən önnən gedəcək, Astarı mənnən gedəcək, Üz qalacaq məndən sonra. * Sular bərə getməyəcək, Axıb dərə getməyəcək, Kimsə ərə getməyəcək, Qız qalacaq məndən sonra. * Dünya bir əsr qalacaq, Boş qala-qəsr qalacaq, Günəş də qısır qalacaq, Buz qalacaq məndən sonra. * Mən gedəcəm bu yerlərdən, Söz qalacaq məndən sonra. *** |
Kalemin susmasın
________________________________Selamlar