SƏXAVƏTİ O DAĞLARIN
Neçə dərdə dərman olub
Səxavəti o dağların. Hər xəstəyə şəfa verir Səxavəti o dağların. Göy yaylaqlar " gəl-gəl " deyir, " Məndə bir az dincəl " deyir. " Var qurudlu xəngəl " deyir, Səxavəti o dağların. Kef üstünə kef də qatır, Dərdi-qəmi başdan atır. Gözəllərə naz da satır Səxavəti o dağların. Bir cənnətdi hər dağ-dərə, Göz oxşayır bəndi-bərə. İlham verir şairlərə Səxavəti o dağların. Əflatunun şan-şöhrəti, Həm vüqarı, həm qüdrəti. Tükənməzdi var-dövləti, Səxavəti o dağların. 26.07.2017. |
Kutlarım..
.......................................... Saygı ve Selamlar..