1
Yorum
4
Beğeni
5,0
Puan
799
Okunma
Yay günündə dilim deyir
Sözü dağlara-dağlara.
Əziz dostum, gəl bir gedək
Üzü dağlara-dağlara.
Səs-sədamız haray salsın,
Qoy könlümüz ilham alsın.
Biz oxuyaq, aşıq çalsın
Sazı dağlara-dağlara.
Yox əvəzi o yerlərin,
Suyu baldı, hava sərin.
Naxış vursun gözəllərin
İzi dağlara-dağlara.
Mənim meylim orda qalıb,
Sinəm bulud kimi dolub.
Əflatunun heyran olub
Özü dağlara-dağlara.
24.07.2017.
5.0
100% (1)