Sözüm mənim
Dilimdə sözüm ağlayır,
Güləcəkmi sözüm mənim? Hər tərəfdə yalan gülür, Güləcəkmi düzüm mənim? Dost olmuşam qəm-kədərə, Keçir ömür boş-hədərə. Sorum dərdi bilənlərə, Güləcəkmi üzüm mənim? Kefi satıb, qəm almışam, Bu dünyadan yorulmuşam. Gah boşalıb, gah dolmuşam, Güləcəkmi nazım mənim? Alışmışam, yanar odam, Söz qanana deməm yadam. Qəm kökündə dinir müdam, Güləcəkmi sazım mənim? Əflatundu mənim adım, Hey bulandım, durulmadım. Mən ki vara vurulmadım, Güləcəkmi azım mənim? 07.05.2017. |