GƏZİRƏM
Acılardan yanıb ağzım,
Mən bir şirin dil gəzirəm. Axtarıram çöl-çəməni, Pardaxlanmış gül gəzirəm. Dərd sinəmi deşib oyar, Nadan məni dəli sayar. Dərviş olub diyar-diyar Dolanıram, el gəzirəm. Mən haqsızı öyəmmirəm, Tənələri yeyəmmirəm. Haq sözümü deyəmmirəm, Bu başıma kül gəzirəm. Hiddətlənib köpürməyə, Ləli-gövhər gətirməyə, Zir-zibili süpürməyə Bir kükrəmiş sel gəzirəm. Fələk yaman dövr eyləyir, Əflatuna cövr eyləyir. Yaralarım qövr eyləyir, Bir şəfqətli əl gəzirəm. 01.06.2017. |
Qelemin susmasın
________________________________Salamlar