GƏRƏK (nəsihətnamə)
Həyat imtahandı yaranan kəsə,
Anlayıb yolunu biləsən gərək. Üzü ağ çıxmağa bu imtahandan Aqildən dərsini alasan gərək. Şeytana dost olan Haqqa sarılmaz, Günaha qərq olan heç vaxt durulmaz. Bayağı sözlərlə elmə varılmaz, Hikmət dəryasına dalasan gərək. Ömür bağçasında güllənmək üçün, Dağ çayı tək coşub, sellənmək üçün, Ariflər yanında bəllənmək üçün, Özünü zəhmətə salasan gərək. Özündən gücsüzün haqqın almayıb, Səfalət içində batıb qalmayıb, Ara qatan bir fitnəkar olmayıb, Kişi sifətində qalasan gərək. Əflatun, sözünü demə nadana, İnci kəlmələri çətin ki qana. Bir nəsihət dedim ay oğul sana, Ellərə nümunə olasan gərək. 29.05.2017. |
Kalemin susmasın
_______________________________________Selamlar