DEYİRLƏR
Bu necə zəmanə, necə dövrandı,
Adamlar var, ağa qara deyirlər. Sözün bahasına bir baxanmı var, Söz deyən dövlətə-vara deyirlər. Daha gücdən düşüb qüdrətli sözlər, Eləsi var, ancaq qarnını gözlər. Hikmətdən danışsan bozarmış üzlər, "Olmaz dərdimizə çara" - deyirlər. İnsan ürəyində mərhəmət yatıb, Ədalət özünü dəryaya atıb. "Özünü-sözünü bir-birnə qatıb, Dilindən çəkərlər dara" - deyirlər. Çətinlikdə kimsə yetməz haraya, Sözlər təsir etməz qəlbi qaraya. Əflatun, namərdi qoşma sıraya, Eyləyər sinəni yara - deyirlər. 28.05.2017. |
Qelemin susmasın
____________________________Salamlar