DAĞLAR YENƏ QARLADI*** Qışında qarın varsa, Bağında barın varsa, Gecələr də gözəldir, Yatmağa yarın varsa. * ...Oy mənim uca mənim, Bir yanım baca mənim, Heç yarım olmadı ki, Boynumu quca mənim. * Yel qapını açmasın, Üstünə su saçmasın, Ömür də quş kimidir, Tut əlindən qaçmasın. * ...Oy yarıdan,yarıdan, Saçı saman sarıdan, Allah məni qorusun , Bu qızdan,bu qarıdan * Dağlar yenə qarladı, Tutum qaldı harladı, Yarimə qurban olum, Mənə çay ismarladı. * ...Oy elmasın,elmasın, Salan yerə salmasın, Şeytan deyir bu qızı Alım evdə qalmasın. *** |
Kalemin susmasın.......
______________________________________Selamlar