HAQSIZLIQ BİTDİYİ YRDƏ BÖYÜYƏR*** Kurmayların çocuqları bizi döyürlər, və ləzzət alırlar ağzımız qanayanda, sümüklərimiz xışıldayanda, sinələri qabarır qürurun hikkəsindən, mədələrində qıcqıran bahalı şərabın artığını tükürürlər dədələrimizin goruna, üzümüzdən iyrənirlər, topraq kimi qara üzümüzdən, kölələrə qanı qaynamaz onların, ürəyi yanmaz aldadılmış və unudulmuş bizlərin aciz çığlıqlarına... Onların bir məmləkət dolusu paraları, silahları,silahdaşıyanları, bizi döymək haqları... və Allahları vardır. Bizimzə qaybetməyə qorxduğumuz dəmir zəncirlərimizdən başqa... allahımız ... yoxdur. Biz susuruq... susmaq qızılımızdı bizim, və susurkən ağıllı oluruq,leyləklər kimi... Biz leylək yavrularıyız, babamız bir axşam çöp qutularının yanında bulmuş bizi, bir məmləkət dolusu... Haqsızlıq bitdiyi yerdə böyüyər! ... |