BU TOPRAĞI BU BAŞ QOYDU VİRANE*** Papaq səni haram bildim başıma, Bu torpağı bu baş qoydu viranə. Bu baş ilə su qatdılar aşıma, Kim deyir ki,savaş qoydu viranə. * Bu baş getdi quş gətirə,olmadı, Atdığını tuş gətirə,olmadı, Göz apardı yaş gətirə,olmadı, Bu göz qoydu,bu yaş qoydu viranə. * Yalan gerçək nağlımdakı sonrakı, Boxçamdakı,bağlımdakı sonrakı, Kaş ki,dedim ağlımdakı sonrakı, Eləmədim,o kaş qoydu viranə. * A baxtımın kələkötür zamanı, Heç olmadı gətir-götür zamanın, Qadaları ötür-ötür zamanı, Məndən ötən o daş qoydu viranə, Dəydi sənə qardaş,qoydu viranə. * V.S.E. * |
Okuyarak Beğendim ve kutlarım...
...................................... Saygı ve selamlar...