O GÜN ÇİSGİN YAĞIRDI
...
Bir tabutu da yola saldıq, geri dönməyənlərin getdiyi yerə... üç çocuq buraxdı Tanrıya əmanət, babası da ölürkən Tanrıya əmanət demişdi onu, amma olmadı. Tanrı əmanət saxlamaz kı! Üç çocuq qaldı bir ana umuduna... Onunsa bir cüt dən düşmüş hörükləri, bir cüt inəyi, və öddaşından qeyri bir də umudsuzluğu vardı... Çiskin yağmur düşürdü ölünün süslənməmiş xalısına və qapı önündə ayaqsız qalmış köhnə qaloşlarına. Tabutdan ötə səflərə yağırdı, onların dualarına, hüznlərinə,ağularına, paslı darvazanın son dəfə tutduğu dəstəyinə yağirdı... Əsl ölü yağmuruydu bu çiskin. Yağırdı... Gözlərdə yaş vardı, hər kəs özünü ağlayırdı tabut önündə, içinə ağlayırdı hər kəs... Təkcə kiçicik qız çocuğu ağlamırdı, ölünün çocuğu, ölümün özünü hələ anlatmadığı o məsum yavru. Babasız zor olurmuş, bir gün anlayacaqsan. Əmin cehiz taxtını, dayın taxta-tuxtananı alanda anlayacaqsan, səni lampanın başına fırladacaq kimsə olmayanda anlayacaqsan, babasızlığı və ölümü anlayacaqsan! Və xatırlayacaqsan ki... o gün çiskin yağırdı. Deyirlər hələ üç gün yağacaq... ... |
Güçlü dizelerdi bunlar.
Oldukça duygu ve anlam yüklü şiirinizi beğernerek okudum Vahid Sabah bey..
Yüreğinize sağlık diliyorum.
Kaleminiz daim olsun
___Saygıyla_