ZAMANDAN ÜSTÜN ŞAİR
ZAMANDAN ÜSTÜN ŞAİR
Arxa dur zamandan üstün şairə, Dərdinin üstündə dərd oynamasın. Elin taleyini qoyub hərraca, Nadanlar zər atıb, nərd oynamasın. Nəmard körpüsündən mərdi keçirmə, Tərlan oylağında Sarı uçurma, Ovçu tulasını gözdən qaçırma, Namərdin önündə mərd oynamasın. Şeytanın, iblisin felinə uyma, Bir elin başına cəlladı qoyma, Xalqın sərvətini talayıb soyma, lələ köç eyləyib, yurd oynamasın. Obalar tərpənib çıxarsa yola, Gedən köç bir daha qayıtmır dala, Millətin başına gələndə bəla, Çaqqallar ulaşıb, qurd oynamasın. Atəş düşsə oz yerini yandırar, Ay Coculu , leysan yağar söndürər, El bir olsa “Zərbi Kərən” sındırar, Meydanda tək qalıb fərd oynamasın. |
Qelemin susmasın
____________________________Salamlar