ELƏCƏ XOŞUMA GƏLİRSƏN MƏNİM
***
Neynəyim,mən adam sevə bilmirəm, Eləcə xoşuma gəlirsən mənim. Qaça bilmədiyim kədərim kimi, Qədərsən,başıma gəlirsən mənim. * Sən varsan olayım olacaq olur, Gönlümə bir şeylər dolacaq olur, Sən yoxsan bənizim solacaq olur, Ağladıb yaşıma gəlirsən mənim. * Bu bahar geyimdə,bu yaz libasda, Elə düşgünəm ki,ayaz libasda, Gözümü yumuram,bəyaz libasda Qol açıb tuşuma gəlirsən mənim. * Saçıma baxıram,dümağ qar kimi, Üstünə qar yağmış o damlar kimi, Kaş mən də sevəydim adamlar kimi... Eləcə xoşuma gəlirsən mənim. *** |