GƏLMƏZ
Vaxtı verdim bəd illərə,
Haraylasam geri gəlməz. Dolu keçən günlərimin, Soraqlasam biri gəlməz. Keçdi ömrüm sanki hədər, Qarşımdadı qəmlə kədər. Gümrah olsam hər nə qədər, Cavanlığın yeri gəlməz. Xəzan vurub butağlarım, Sinəmdədi bu dağlarım. Keçib getdi o çağlarım, Daha üzü bəri gəlməz. Əflatunam, ötüb vaxtım, Bu qəlbimi oda yaxdım. Qocalıbdır cavan baxtım, O da mənə sarı gəlməz. |
Üreğin şad olsun
Salamlar