ALLAH, SƏN SAXLA, SƏN SAXLA
Yaman üzdən, yaman gözdən
Allah, sən saxla, sən saxla. Bəd nəfəsdən, iyrənc sözdən Allah, sən saxla, sən saxla. Aravuran hiyləbazdan, Özü gobud natarazdan, Şər danışan ağlı azdan Allah, sən saxla, sən saxla. Öz-özünü bilməyəndən, Şirin-şirin gülməyəndən, Nəmli gözü silməyəndən Allah, sən saxla, sən saxla. 08.04.2017. |
Kalemin daim ilhamın bol olsun
_________________________________Selamlar