EVIMIN KADINI,SEN YOKSUN DAHA
***
(eşini erken kaybetmiş arkadaşım Zafer beye) * Mən şimdi anladım,tənhalıq nəymiş... Evimin qadını,sən yoxsan daha. Dizimi qatlamış,belimi əymiş, Evimin qadını,sən yoxsan daha. * Tifağım dağıldı,komam dağıldı, Harmanım sovruldu,saman dağıldı, Başımdan dostlarım duman dağıldı, Evimin qadını,sən yoxsan daha. * Saçıma qarışıb ağladı rüzgar, Damda,pəncərədə çağladı rüzgar, Arxamca qapını bağladı rüzgar... Evimin qadını sən yoxsan daha. * Gökdə Günəş dondu,Ay da soyudu, Soframda şəkərsiz çay da soyudu, Çoluqdan çocuqdan pay da soyudu, Evimin qadını, sən yoxsan daha. * Yaxa bilməyirəm sənsiz sobanı, Simləyir içimdə həsrət çibanı, Sökülmüş cülkümün burnu,dabanı, Evimin qadını,sən yoxsan daha. * Ya habər alıram,ya yollayıram, Çoluğa çocuğa cığallayıram, Duvarda şəklini sığallayıram, Evimin qadını,sən yoxsan daha. * Sənsiz açılmıram,az az gəzirəm, Cülaz giyinirəm,cülaz gəzirəm, Ya cilvə bilirəm,ya naz gəzirəm, Evimin qadını,sən yoxsan daha. * Nə tez qədəm qoydun məzar yaşına, Gəlinlik taxdı mı məzar başına, Eləcə yazdırdım məzar daşına: "Evimin qadını,sən yoxsan daha". *<>* |