0
Yorum
1
Beğeni
0,0
Puan
808
Okunma
Deyirlər ki,yüz yaşayım,
Yüz nə deyir,heç bilmirəm.
Yaşamağa üz qoydum ki...
Üz nə deyir,heç bilmirəm.
Barmağımda qələm yerim,
Verəcəyim səlam yerim,
Bağım,bağçam,qalam yerim
Düz nə deyir,heç bilmirəm.
Zahid var tən allahsıza,
Dünyada ən allahsıza,
Bir yüz də mən allahsıza
Süz,nə deyir heç bilmirəm.
<>*
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.