Adil Cəfakeşə 2-cavab:
Adil Cəfakeş:
Quşa nisbət bir heyvanat görmüşəm, Başında yox, qarnındadı dimdiyi. İş zamanı bağırsağı tökülür, Çəksən cəmi yüz qramdı cəmdəyi. Əflatun: O heyvanın mən adını söyləyim, Tərəzidi, qarnındadı dimdiyi. Yük vuranda içdən yayı tökülür, Ağırlıqda yüz qramdı cəmdəyi. Adil Cəfakeş: Başdan-başa müəmmadı, müəmma, Uçmasa da, göylə gedir daima. Cəmisi on dimdik vurur o, amma Heç nə yemir, daim boşdu dənliyi. Əflatun: İnsana xas bir əməldi, müəmma, Havadadı, əldə gəzər daima. On rəqəmə dimdik vurar o, amma İştahı yox, dəmirdəndi dənliyi. Adil Cəfakeş: Cəfakeşəm, nə qaşı var, nə gözü, Bircə barmağı var, tək bircə üzü. Haqqa tərəfdardı, çox sevir düzü, Fəhmi olduğu tək görür hər şeyi. Əflatun: Cansız əşya neyləyəcək qaş-gözü, Yük çəkməyə bir barmağı, bir üzü. Əflatunam, budur sözün lap düzü, Marağım var öyrənməyə hər şeyi. |
Hey millet...!
Hazine buldum ben, burada hazineler var.