ADİL CƏFAKEŞİN BAĞLAMASINA CAVABŞiirin hikayesini görmek için tıklayın Bakının Badamdar qəsəbəsində yaşayan, əslən Laçın rayonundan olan şair Adil Cəfakeşlə tanışlığımın tarixçəsi çox da uzaq deyil. Onunla bu yaxınlarda feyzbuk vasitəsilə tanış olmuşam. Çox dəyərli bir insandır. Qaçqın olmasına baxmayaraq, həyata çox nikbin baxışları var. Müasir və klassik formalarda çox gözəl şerləri var. Bu yaxınlarda Bakı səfərlərimin birində şairin qonağı oldum. Bu görüşdə dostum və həmyerlim, şair Qəzənfər Məsimoğlu, ustad aşıqlar da iştirak edirdilər. Görüşümüz çox maraqlı və yadda qalan oldu. Gecə saatlarına qədər çəkən bu görüş, əsasən, şerlə, saz-sözlə davam etdi. O gün bizim üçün unudulmaz bir gün oldu, ömrümüzə yazıldı. Mən o görüşdən xoş xatirələrlə ayrıldım. Buradan şairə salamlar göndərir və onunla deyişmələrimdən birini sizlərə ərməğan edirəm əziz dostlar.
Adil Cəfakeş:
Yatmışdım, duranda gördüm ovcuma Bir misal yazıblar, çox maraqlıdı. Beş ikidi, toplananda on edir, Həmin onluq bir təkliyə bağlıdı. Əflatun: O misalı mən də gördüm ovcumda, Fəhm elədim baxdım, çox maraqlıdı. İki əldə barmaqlardı on dənə, Həmin onluq bir bədənə bağlıdı. Adil Cəfakeş: O onluqda artan iki onluq var, Otuz cəmdi, iki rəqəm qalıq var. Gördüm orda bir maraqlı sonluq var, Bu misalı kim yazıbsa haqlıdı. Əflatun: Artan onluq yəqin buğumlar olar, Ovuclardı, iki dənə qalıq var. Ağızda da otuz iki sonluq var, Yaradandı müəllifi, haqlıdı. Adil Cəfakeş: Huş kəsəndi, dil danışan, göz görən, Məni görüb yeriməyin köndələn. Bu məktubu yazıb sizə göndərən Şeylanlıdı, Ziyadxanın oğludu. Əflatun: Mən də varam, müəmmadan söz bilən, Heç bir zaman yerimərəm köndələn. Bu cavabı yazıb sizə göndərən Əflatundu, Borçalının oğludu. |
Hayran hayran okudum.
Tüylerim diken diken okudum.