SAYIN BAŞBAKAN
SAYIN BAŞBAKAN
Millətə söz verdi Sayın Başbakan, Maləsəf, sözünü tuta bilmədi. Meydanda atını köndələn sürdü, Oxunu hədəfə ata bilmədi. Güvənci olmadı, koltuğa mindi, Dayana bilmədi, tezcə də endi, Aldığı oyların hamısı yandı, Xeyirmi etdi, ya xəta bilmədi. Bekar olanlara eş tapacaydı, Işi olmayana iş tapacaydı, Qarnı acıyana aş tapacaydı, Millət amacına çata bilmədi. Coculu, bilginən dünya oyundu, Oyunda uduzdun, zərbə payındı, Kim ki, siyasətdən azca yayındı, Rahatca uyuyub yata bilmədi. |