TÜM KAYAN YILDIZLAR BENDEN GEÇER BU GECE...
***
Avqustun skleroz gecələrindən birisi sayrışan ulduzlarıyla pəncərəmin camlarında tıxanıb qalmış... Sol qulağım böcəklərin səsinə alışıq, sağ qulağımda pambıq tamponu. Orhan Pamuku oxuyuram... Sənin adın qırmızıymış... Şükr Allaha kı, mavi deyilmiş- mızıldanıram kəndi kəndimə. Balkonun taxtaları tappıldayır sol qulağımda. kediymiş, başqa nə ola bilir ki. Dinşəyirəm dışarını... Önümdə ekran səs küydən titrəyir... dünya savaş içində: qatillər,polislər, siyah geyimli pədərlər... hər kəs biribirinə bənzəyir. Riçard Girin oğraş sıfatına baxıram səksən dörd ekrandan. Əlində tapança, sanki siqara tutmuş barmaqları arasında. Atəş... Orhan Pamuk düşür əlimdən, heç qaldırmasaydım... adını nə qoyursan qoy, dünya elə həmin dünyadır, Girin tapançasının lüləsi boytda, sıfatı da eynən onunku kimi... "Bu gece kehkeşan gibiyim, tüm kayan yıldızlar benden geçer bu gece"... Dodaqlarımın ucunda oyalanan şarkı sözünə bənzəyir ağlımdakı kəlmələr: Qaliba uyqu tutmuş məni... *<>* |