ÖLƏN ŞƏHƏRLƏRİN SÖYÜT AĞACI
***
(silsilə şeirlərdən) * Sən də öləcəksən,sən də bir axşam, Bədava dumanda,çəndə bir axşam, Mən də dönəcəyəm kəndə bu axşam, Ayrılıq aramız təmiz qalacaq. * Bilmirəm ölürlər şəhərlər necə, Bilmirəm ölürlər nə təhər,necə, Sən də öləcəksən bir axşam,gecə, Yanında o qoca dəniz qalacaq. * Bir qumru qonacaq ovuclarına, Dimdiyin banacaq ovuclarına, Əlin qapanacaq ovuclarına, Öpməyə bir solğun bəniz qalacaq... * Heç meyvə vermədin-söyüd ağacı, Taleyin tarixə öyüd ağacı, Ağac olacaqsan-meyid ağacı, Səndən nə xatirə,nə iz qalacaq. *<>* |
Kalemin susmasın
_____________________________Selamlar