NAR
***
Bir zamanlar varıydı... O zamanlarıydı kı, Narın elə böyük dərdi yoxuydu, tək bir dərdi paçallamaqıydı, paçallayıb parçalanmaq, bir də selləmə yağmurlar, və bir də yağmur dalınca şığıyan Gün, günəş yooox Gün... Paçallamasaydı qurd dəyməzdi,toxanmazdı Nara, içi qurdlamazdı Narın. O "bir zamanlar"ın qurdları da indiki modern qurdlardan deyildirlər... Kişiydilər,mərdiydilər, insaf,mürüvət sahibiydilər. Qapısını açmayan yiyəsinin divarlarını deşib içini sümürməzdilər. Bir kişinin ortalama ömrü keçmiş o zamanlardan. İndi Narın dərdi çoxalıb,bu çoxlar da böyüyüb,böyüyüb... Böyüyüb adam boytda olub, daha paçallamır, içindən çürüyür Nar. Anadan qurdla birgə doğulur, aspirinlə,analqinlə böyüyür, öz qurduyla birgə böyüyür, öz qurdu üçün böyüyür,böyüyür... Böyüyür və günlərdən birində fıs olub gedir. Aldırma deyirəm Nara, sənin də qurdlarına, çürüyən içinə əlac bulunar bir gün. Yenə yağmurlar sellənər, yenə quzey rüzgarlarına budaqların yellənər, yenə paçallayarsan. Sən paçallayanda Nar olursan, Nar... |
Kutlarım
Saygı ve selam ile.