DÜNYANI BELƏNÇİK,BELƏ GÖRƏNDƏ
***
Özüm öz canıma fədam oluram, Ölürəm təzədən adam oluram, Gündə neçə dəfə e’dam oluram, Dünyanı belənçik,belə görəndə. * Ağıldan dəm vurur taxtalar mənə, Bəzəklə altında saxtalar mənə, Yüz dəfa vız gəlir şaxtalar mənə, Dünyanı belənçik,belə görəndə. * Kasalar dibində doymağa ayran, Bölünür üsküyə,oymağa ayran, Qarışır ağlımda qaymağa ayran, Dünyanı belənçik,belə görəndə. * Ulğaşıb millətin başı yeməyə, Toprağı yeməyə,daşı yeməyə, Qorxuram özümə kişi deməyə, Dünyanı belənçik,belə görəndə. *<>* |
Kalemin daim olsun
________________________Selamlar