QAZİ OLACAĞAM,ŞƏHİD YOX
***
Qəhrəmansan deyib də məni tovlama. Zatən məndən başqa uğrunda öləcək kimsən yoxundur, Vətən! Bir adam boyu topraq verəcəksən sonunda, üstündə də quzeyi mamır bağlamış daş, üçcə gün yoxluğuma ağlayan gözlər... və qüruba qaçan Günəş- məni isitməyəcək qədər soyuq. Yenə də olsun! Ölmədən uğrunda qazi olacağam mən, şəhid yox! Sənin naminə! Kimlik pasaportundan qeyri bir şeyi olmayanların hər şeyisən,Vətən! *<>* |