ŞAİR,YOXSA QOCALIRSAN...
***
Addım addım nəhayətin, Qərib qəmgin hekayətin, Nədir dərdin,şikayətin, Şair,yoxsa qocalırsan?! * Dərinlərin dayaz gəlir, Pəncərəndən ayaz gəlir, Saçlarına bəyaz gəlir, Sair,yoxsa qocalırsan?! * Kimsə yetmir sorağına, Pərvanələr çırağına, Xal mı düşüb qırağına, Şair,yoxsa qocalırsan?! * İşin,gücün,qayğıların, Siyah bəyaz uyquların, Qəribsəmiş duyğuların, Şair,yoxsa qocalırsan?! * Gülüstanın seyri olmur, Ruha,cana xeyri olmur, Azar səndən ayrı olmur, Şair,yoxsa qocalırsan?! * Keçənlər söz atır sənə, İynə kimi batır sənə, Söz deyəcəm,otur, sənə: -Şair,yoxsa qocalırsan?! *<>* |
Kalemin susmasın
___________________________________Selamlar