ADAM AĞLAMAZ
***
Sevinc olsa belə kədər olmasa, O kədər içini didər olmasa, Adamı ağladan qədər olmasa Adam ağlamaz. * Sökər qəlbin başın dərd qalan yerdə, Bir çeşmə qaynadar hər dolan yerdə, Namərdə müzayiq mərd olan yerdə Adam ağlamaz. * Qanı yerdə qoyub qalan deyirlər, Başında havası dolan deyirlər, Ağla deyirlərsə yalan deyirlər, Adam ağlamaz! * Sözün qılınc kimi kəsər yerindən, Qalar min əlamət,əsər yerindən, Küsər birdəfəlik,küsər yerindən, Adam ağlamaz. * Omzunu vermisən ağır yükə,döz, Şükrün özün boyda,səbrin yekə,döz, Nə qaldı zillətdən,bircə tikə,döz, Adam ağlamaz! *** |