Mənəm...
Qayalardan gələn su mənəm
Dağlardan dərilən çiçək mənəm Dumanlardan azmış yollar mənəm Ağaclardan bezmiş yarpaqlar mənəm. İtmiş qəlblərdə arzu mənəm Yalan sevgilərdə məhəbbət mənəm Yol çəkən gözlərdə həsrət mənəm Susan dodaqlarda üsyan mənəm Yalanda mənəm,həqiqətdə mənəm Bir qəlbdə gizlənmiş nifrətdə mənəm Ölüm mənəm, kədər mənəm Yaddaşı itmiş qəhər mənəm Küçələrdə palçıqlı səkilər mənəm Palçıqlarda addımlayan kədərlər mənəm Yağışlardan qaçışan sürətli addımlar mənəm Gizlədilən gözlərdə qorxaq baxışlar mənəm Kiçik qəlblərdə böyük arzular mənəm Böyük yollarda kiçik körpülər mənəm Yazan mənəm,oxuyan mənəm Öz şeirlərimdə təsəlli tapan mənəm. |