Mehdi baba ölmez ömür boyu
Mənə lazım deyil həyatın acı həqiqəti
Etiraz etmərəm,tənhalığa məğlubiyyəti Hə, arada bir qarışsada hisslərim Deməzdim sənsiz çökər dizlərim İnan boş qalıb səmaya açılan əllərim Baxıram göylərə,sən bir dəfəlik gedəndən Axtarıram səni hər gün səmalarda Batıb itirəm,sən məni tərk edəndən Artıq yoxsan qalmışam həyatdan kənar Ömür bitir yol bitməz deyirlər Layiqli yolun sonuna çatdın sən Mən sənə bənzəmək istəyirdim hərdən Əslində demək istədim sənə keçən ildən Zaman çarxı öldü qəfil birdən Özümü sənsiz yaman çox hiss edirəm əzgin Məqsədsiz yasamaq qədərdir düşmək didərgin Üsyanım uzun çəkməsədə amma barışmır qəlbim Ram olunmuş həyatda bitib yoxluğuna səbrim Bəzən səni xatırladan insanlar verir kədər Olmur yaxşı, hərdəfə olsun dedikdə Yaman üzgünəm, dəyərli vaxtım getdi hədər Utanmaram səmimi sözləri dilə gətirməklə!! Ay Allah olarmı? bir dəfəyə bu qədər dərd Mən bəlkə fikirləşdiyin kimi deyiləm bu qədər mərd Axı haradadır məndə tənhalığa bu qədər cəsarət Mənim daha çox varımdı xislətimdə nifrət.. |