Kağızlar və Sətirlər.
Biraz yorulmuşam, birazda halsızam.
Yenə düşüncələr,fikirlərimi yordu. Səbəbi qəribədir, birazda fərqlidir. Kağızlar şübhəlidir, sətirlər səbirsizdir. Kağızlara sətirləri səliqəli toxumaq, bir neçə sətirlərə həyatını yazmaq. Birazda əzgin hisslərdən, arzulardan danışmaq. Dinləyən isə bir parça kağız və sətirlər. Qaranlıq otaq , birdə şam. Yenə rəqs edir qələmimlə şam Əl çalır sətirlər birdə bəyaz vərəqlər. Yazmaq istəmir əllər, fəryad edir hisslər. Sətirlər təsəlli verir, kağızlar dostum deyir. Hisslər olur yenə düşmən, fikirlər isə nifrət qazanır. Yenə kağızlar lal olub, lakin üsyan edir sətirlər, Sonda məğlub olur yenə fikirlər. 16/07/2015 |
Kalemine yüreğine sağlık
_____________________________Selamlar