Ey Tanrı
Bax ey Tanrı yenə susmuşam vicdanımla danışıram,
yenə şizofren olmuşam tənha otağımda. Fikirlərimin pəncərəsinə günəş gəlmir. Ey Tanrı məni məhv et yada rəhmt et . Zaman sənə qarşı üsyana hazırlayır ruhumu. Bağışla Tanrı mən səmalar şairiyəm Gecə çökər, sənsizlik dualarımda Arzular məhv olar səssizliyimdə Ey Tanrı səmimiyyətimi parçaladılar Yaddaşımın bir hissəsi arxivə atılıb Dedilər Tanrı yalan danışır o, heç səmimi deyil, Ağladım ey Tanrı sükuta qərq olan insanlıq üçün Burada insanlar çox vicdansız, Gəl məni apar cənnətin istilərinə Varlığımın kəfənini geyinən ruhum var Ey Tanrı yorulmuşam düşüncələrdən Kömək etmir heç güzgülərdə, sualları tapmaq üçün. Deyirlər zaman yalandır axı həqiqət gizlənib Ey Tanrı bir həyat,bir dərd,bir kədər var Yuxularım sənsiz yozulmur Hər kəsin yatdığı bir vaxtda biz hələdə oyaq Ey Tanrı şairlərin ən yaxşı dostu sənsən, Sən gecələr söhbət edirsən, səmimi düşüncələrlə. İnsanlar anlamır çünki onlar, səmimi şairlərə nifrət edirlər. Günlərim solur təqvimlərdə, itib-batıram uzaq olan arzularda. Əzgin ruhları və bezgin düşüncələri Hərflərlə toxuyan səmalar şairiyəm Ey Tanrı ya məni məhv et,yada mənə rəhmt et. |