Gəl
Gəl.
Yenə tənhalıq çarmağa çəkib məni xəyallarım sənsizliyin atəşi ilə yandırır ruhumu Hisslərimin adı sən, acılarımın soyadı sənsizlik Əllərim saçların qoxur, yumağa qorxuram ətrin gedər Bir payzı gecəsi sənsizlikdən xatirlərimi asıram Gözlərimdən səmimiyyətimi,canımdan ruhumu, Xatirələrimdən isə özünü aldın qadın. Dünyanın yükü sanki çiyinlərimdə Kim bilir bəlkə sənsizliyin əzabıdır bu. Əzginəm biraz dərdlərimdən ilham aldım Nə gücüm var sevməyə, nə göz yaşlarım var ağlamağa Gəl ey ruhumun bəstəkarı, bir yaralı ruhun məlhəmi ol Sol yanımda ağrı var bu ağrının adı sənsizlikdi Acılarımı yoxluğun, yalnızlığımı sənsizlik dəfn etdi. Sevginin qanadları qaldırmır, bezgin cismimi Rəngsizləşmişəm bir rəssamın fırçasında Saçlarından əllərimi,gülüşündən gözlərimi edam etdim Yalnızlığı qucaqlayan qollarım, səndən uzaqlaşdıran ayaqlarım var. Gəl son dəfə məndə olanlarını apar Dağınıq otağımda itib-batmasın. Gəl ey dağınıq dünyamın səliqəli şeiri Qarışmış şairin, səliqəsiz misralarında, izlərini yox et. |