Gedək Dostum… –Şairlər tərk edir gedir bu diyarları Bu diyarlar çox dəyişib çoxalıb kədərlər, Yalanlar dar ağacına gətrir həqiqətləri, Həqiqətlər pərdə arxasında qalıb. Dil nökərdi, qəlb üsyankar, Gözlər görür amma izah edə bilmir. Qulaqlar sevir yalanları. Fikirlər işğalçı dövlətlər olub, Əllər məcbur intihar kəndirini dartır. Bu diyarların kədərləri çoxalıb şairləri azalıb. Rəzalətlər küləklər kimi sürətli əsir Səfalətlər baş alıb gedir Bu diyarlarda mərhəmətlər köməksiz qalıb, Vicdan sükuta qərq olub, Dualar səmimiyyətin deyil mənfəətin gözətçisi olub. Gəl dostum gəl gedək biz də bu diyarlardan Bu diyarlarlarda daha yoxdur səmimiyyət Var yalan, nifrət var rəzalət..! Müəllif : Anar (Arlin Eden ) |