Bağışla məni Tanrı.
Dünyaya göz açandan baxıram göy ,göylərə
Ümidlər gəlir əvvəlcə sabahdan Kaşkilər gedir dünəndən, baxıram göylərə demə mələklərə Mən və birdə mənim həyatım Girdim həyatımla yarışa qalib zaman oldu Yalnız qaranlıq yaddaş mənə qalan oldu Gözlərim dumanlı, yadımda deyil heçnə Gecikmişəmsə,deməli gəlib gecə Dedilər gecikmə, amma gecə gəldi gözlənilməz İllərin küncündə, solarmış insan güllərdən betər Həyat çökəkliyində, tənha qalarmış hisslər Bağışla həyat ,öz arzularım arxasınca qaçdım, səni heç düşünmədim. Sən öyrətdin mənə yaşamağı, mən isə sənə tək qalmağı. Bağışla zaman, sən öyrətdin mənə nəzərə almağı, mən isə insanlara aldanmağı. Bağışlayın məni illər verdiyiniz, ömür məsafəsinin əvəzini çıxa bilmədim Bağışla məni Tanrı göstərdiyin, gözəlliyi görə bilmədim. Həyatla yarışda zamandan qaçışanda. Tapdım gözəl bihuş edici şirin yalanlar hansıki verdim, illərin xatirəsinə Xatirələr keçmişin varisi, gələcək isə onun yarısı |