Səliqəsiz_Şair
Bax ey dəniz gözlü,payız saçlı qadın,
gözlərimdə xoşbəxtliyi dəfn etdim sənin yoxluğunla. Əllərim qələmə nifrət edir hər dəfə səndən yazdığım üçün Qaranlıq otağıma günəşdə gəlmir, sənin gedişinlə Pəncərəmi xatirələrlə bağlamışam Sənsizlik,səssizcə edama hazırlayır məni Gəlmə daha səliqəsiz şairin dünyasına, Buralarda hər şey qarışıqdı eynən mənim kimi Təbəssümün cizgilərini unutmuşam,payız saçlı qadın Otağımın hər küncündə bir ovuc xatirələr var Gəlmə səliqəsiz otağıma buralar sənsizlik qoxur Zəif şamın közərtisində çəkirəm, sənli günləri soyuq divarlara Məni hər kəs anlamır,məni heç kəs qınamır ,dəniz gözlü,payız saçlı qadın Sənin gedişinlə otağımın, qapısını daşlarla hördüm Mənə zindan etdin düşüncələrimi,xatirələrində Ölüm tanrısına məktub yazdım,sənsizliyimdən Oda tərk etdi unutdu məni,eynən sənin kimi Burax düşüncələrimi,xatirələrimi zindanın rütubətlidir. Lənət olsun qadın yenə yazıram, səndən və yorğun hisslərdən Varlığımı həps etdin, xatirələrinə Düşündükcə səni batır xatirələr,tikanlar kimi Burax get, al yaddaşımı məni azad et sənsiz zindanlardan. Unut get, tərk etsin xatirələrin Ey dəniz gözlü, payız saçlı qadın 3.05.2016 |