QƏRİB ƏSGƏR, QƏRİB BULUD
Son zamanlar həm qanım Türkiyəm, həm də canım Azərbaycan hər sabahı şəhid xəbəri ilə açar oldu.Bu şeiri bütün şəhidlərimizə və əsgər qardaşlarımıza ithaf edirəm.
Qərib eldən gələn bulud bir qəribin salamını Deyərsənmi həsrət ilə yol gözləyən nigarına? Deyərsən mi bir əsgər var, həsrət qalıb öz yarına? Neçə ellər aşıb gəldin? Neçə səngərdə dincəldin? Neçə əsgər ürəyini açıb sənə, gözündə yaş dənə-dənə, Ürəyində daşıdığı həsrətindən danışdımı? Ana deyib için-için ağladımı, alışdımı? Bacı deyib, qardaş deyib, dünyaları qarışdımı? "GET, ATAMIN MƏZAR DAŞIN MÖHKƏM-MÖHKƏM BAS BAĞRINA. PAYLAŞ MƏNİM KƏDƏRİMİ, GƏL, ŞƏRİK OL SƏN AĞRIMA" - Söylədimi, yetim bulud? Bəlkə sənin özün elə, əsgərlərin göz yaşısan? Bəlkə sənin özün elə nakam qalan sevgilərə baş daşısan? Yetim bulud, sən səngərdə şaxta vurmuş əsgərlərin qardaşısan. Sirdaşısan ürəyində dərd daşıyan hər əsgərin. Oğullardan analara xəbər apar, salam apar, Düzülmüsən sıra-sıra, qatar-qatar. Günlər ötər, qovuşmağın günü çatar. Həsrət bitər, hicran bitər, itər ayrılıq günləri, De ki, daha az qalıbdır, gözləyən saysın günləri. |
Kalemin susmasın
.......................Saygılar