ZAMANIN FACİASI
ZAMANIN FACİƏSİ
Dəniz dalğalandı sahilə axdı, Məsum bir körpənin cəsədi çıxdı. Bu olay səs saldı bütün dünyaya, Burada insanlar qərq olmuş suya. Suriyadan Avropaya qaçırlar, Zalımın zülmündən zəhər içirlər. Qocaman Şərq qan içində boğulur, Insan leşi qalaq-qalaq yığılır. Allahu-Əkbərlə kəsilir başlar, Tanrıya təcüblə catılır qaşlar. Bir məsum körpənin nədir günahı? Bəlkə Avropadır onun pənahı. “ Siz ey Avropanın cahangirləri, Tarixin məhvəri dönəndən bəri. Cəllad paltarına büründünüz siz”, Budurmu sülh yayan əməlləriniz. Bu fikir səksən il qabaq deyilib, O gündən köhnəlib, nə də ki, ölüb. Kim arxa duracaq məsum yavruya, Insanlıq hesabat verəcək guya? Hesabını “tüm insanlıq” verəmməz, Faciəni kor olanlar görəmməz. Hesabatı kim verəcək?- bilirəm, Yavaş-yavaş məqsədimə gəlirəm. Kimlər ki, fənd ilə aranı qatır, Kimlər ki, qan tökən silahlar satır. Kimlər ki, gözünü dikibdi Şərqə, Işi çözmək üçün, veribdi hərbə. Bir yandan siyasət, bir yandan da din, Bir yandan şeytanlar, bir yandan da cin. Nədir bir-birindən bunların fərqi? Qanında boğurlar Qocaman Şərqi. Şərqin başında bir ruzigar əsir, Qardaşlar qardaşın başını kəsir. Məzhəblərə, təriqətə bölünüb, Nadanlıqdan ağlılları alınıb. Nə sünnü, nə şiə müsəlmanıq biz!, Tanrının bəxşişi bir insanıq biz. Bu qanı durduran olmazsa əyər, Şərqdə qalmayacaq bir dənə dəyər.... Zalımın zülmünü bol edən dünya, Məzlumun payını yal edən dünya, Qorxağı, alçağı Zal edən dünya, Bir gün axırına çıxıb gedəcək. Cana gəlib duracaqdır ayağa, Şəhid olub sarılacaq bayrağa. Baxmayacaq kim nökərdi, kim ağa, Qurduğun dəzgahı yıxıb gedəcək. |
Yüreğine
Emeğine
Sağlık
Selam Saygı Sevgi Sabır ve Dua ile...