MƏN SEVGİNİ BELƏ BİLDİM,SEVMƏDİM
***
Qaydası var,üsulu var sevginin, Dəstəmazı,qüsulu var sevginin, Saxtası var,əsli var sevginin... Mən sevgini belə bildim,sevmədim. * Elə gəlir,dəyişdirir anında, Gəlir mələk,gəlir pəri donunda, Əsl sevgi daşa dəyir sonunda... Mən sevgini belə bildim,sevmədim. * Yüz dəmini bir pərdədə çalan var, Qiymət qoyub beş manata alan var, On sözündən doqquzunda yalan var... Mən sevgini belə bildim,sevmədim. * Şamaması dərmanıdır xəstənin, Yaxşısını çaqqal yeyən bostanın, Sevgi nədir-Əsli Kərəm dastanı... Mən sevgini belə bildim,sevmədim. * Ötən-keçən gözlərimin önündə, Böyümüşəm bu məhlənin tinində, Allahı yox imanında,dinində... Mən sevgini belə bildim,sevmədim. *** |