İNANDIKCA YALANLARA
İNANDIQCA YALANLARA
Inandıqca böyük - böyük yalanlara, Iş gələcək insanların başlarına. Qul olduqca, ərşdən- kürşdən gələnlərə, Yarıyacaq çoxlarının işlərinə. Insan oğlu itirdikcə haklarını, Zaman -zaman zindan üstə əziləcək. Zalımlarsa götürdükcə yüklərini, Məzlum olan ipə-sapa düzüləcək. Ipə-sapa düzüldükcə yanacaqlar, Insanlığın mərəzləri pozulacaq. Nə zaman ki, haklarını qanacaqlar, Anlayanda, yeni tarix yazılacaq. Insan oğlu inancından dayanmayır, Inandıqca ağ qaraya qarışacaq. Min illərdir qəflətlərdən oyanmayır, Oyanmasa taleyiylə barışacaq. Taleyiylə barışdıqca lal olacaq, Gözlərini göyə doğru döyəcəklər. Ümid payı, zəncir ilə nal olacaq, Çarəsi yox, məcbur olub geyəcəklər. |
Yüreğine sağlık
Kutluyorum kalemini
__________________________________________Selamlar