2
Yorum
1
Beğeni
5,0
Puan
798
Okunma
Mən aşıq deyiləm,ozan deyiləm,
Mən şair deyiləm,yazan deyiləm,
Nə kamil,kəlamı yozan deyiləm,
Mən suram,İsrafil çalacaq məni.
On iki pirani-biri mənəm,mən,
Veysələm-Qərani,piri mənəm,mən,
Allahın Qur’anı-sirri mənəm,mən,
Səlatam,salehlər qılacaq məni.
Doqquzam,yeddiyəm,altıyam,üçəm,
Halalam,haramam,tövbəyəm,suçam,
Həqiqəm,yalanam,fənayam,puçam,
Kərəməm,kərimlər bulacaq məni.
Nə Şeytan,nə mələk,Allah deyiləm,
Nə "mən",nə "sən",nə "biz" hərgah deyiləm,
Çahiləm,çox şeydən agah deyiləm,
Bulacaq çalacaq olacaq məni.
Vahidəm,vaqifəm,və’dəm,vəsiyyəm,
Əliyyən Mürtəza-haqqın səsiyəm,
Seyyidem Nəsimi,onun kəsiyəm,
"O"yam kim yadına salacaq məni.
5.0
100% (1)