OLMAZ(qəzəl)
Sən olan yerdə, gülüm, fəsli-zimistan olmaz,
Gülüşün güldü sənin, özgə gülüstan olmaz. Gülü-rüsxarına tay yoxdu cahanda, bilirəm, Bu gözəl hüsnə inan laqeyd insan olmaz. Nola bir gün,gözəlim,könlümü şad eyləyəsən, Sevinib şadlanaram,qismətim əfqan olmaz. Verəsən busə mənə ləli-ləbindən, ey şux, Gəzəsən yer üzünü, bir belə ehsan olmaz. O gözəl çöhrəni gəl örtmə, görünsün,nə olar, Yanağın görsə Fəda,halı pərişan olmaz. |