ŞİRİN RÖYA
Röyamda gördüm ki, körpə olmuşam,
Anamın döşündən süd əmirəm mən. Bir anın içində böyüyüb, onun Tutub əllərindən hey gəzirəm mən. Yorulub çəkirəm ayaqlarımı, Aşıram kol cırır yanaqlarımı. Yıxılıb çamura dodaqlarımı Körpə uşaq kimi hey büzürəm mən. Gördüm ki, balaca, zəif bir quşam, Tərlan caynağına hədəfəm, tuşam. Sonra da gördüm ki,qartal olmuşam, Geniş səmalarda hey süzürəm mən. Ayılıb bildim ki,röya görmüşəm, Anama röyada çələng hörmüşəm. Indisə sanıram sanki dərvişəm, Anasız həyatdan hey bezirəm mən. |
harıka şiiri yazan şairi alkışlıyorum selamlarımla.