2
Yorum
2
Beğeni
5,0
Puan
1060
Okunma

Sən olan yerdə, gülüm, fəsli-zimistan olmaz,
Gülüşün güldü sənin, özgə gülüstan olmaz.
Gülü-rüsxarına tay yoxdu cahanda, bilirəm,
Bu gözəl hüsnə inan laqeyd insan olmaz.
Nola bir gün,gözəlim,könlümü şad eyləyəsən,
Sevinib şadlanaram,qismətim əfqan olmaz.
Verəsən busə mənə ləli-ləbindən, ey şux,
Gəzəsən yer üzünü, bir belə ehsan olmaz.
O gözəl çöhrəni gəl örtmə, görünsün,nə olar,
Yanağın görsə Fəda,halı pərişan olmaz.
5.0
100% (1)