LƏBLƏRİNMənimçün şirindən şirinsən, gülüm, Şəkərdir dəhanın, baldı ləblərin. Zülfün kəməndinə sala bilmədi, Məni kəməndinə saldı ləblərin. Qəlbimə məlhəmdir hər şirin sözün, Hamıdan əzizsən mənə sən özün. Gözümdə şimşək tək çaxsa da gözün, Ruhumu bədəndən aldı ləblərin. Sıxdım ovucumda qoşa əlini, Hiss etdim üzümdə zərif telini. Qucdum ehtirasla incə belini, Öpdüm yanağından, qaldı ləblərin. |
SEMA DAAĞLI tarafından 2/3/2015 8:53:40 PM zamanında düzenlenmiştir.