AZERBAYCANAM
AZƏRBAYCANAM
Mənim oğullarım, mənim qızlarım, Mən sizin ananız, Azərbaycanam! Araz kəsib, bağlanıbdır yollarım, İkiyə bölünən bütöv bir canam! Yox! Mən ayrılmazdım, siz ayırdınız, Qardaşlar – qardaşa həsrət oldunuz. Çünki heç bir zaman birləşmədiz siz, Mənimlə vurdumu sizin qəlbiniz. «İyirmi xanlığı» olan bir millət, Düşməndən çox gücsüz olacaq əlbət. Birləşə bilmədiz siz zaman-zaman, Pozuldu dövlətdə nizam-intizam. Düşmənlər dağınıq halını bildi, Silahla-sursatla üstünə gəldi. Düşmən qabağını kəsə bilmədiz, Yenə də ayılıb, həqqə gəlmədiz. Siz əsir düşərək kölə oldunuz, Cismani yaşayıb, ruhca öldünüz. Hansı millətlər ki, əlbir oldular, Basılmaz, çox güclü dövlət qurdular. Araz göz yaşımdır, üzümdən axır, Dərdimi artırır, yandırıb-yaxır. Quruda bilmirəm göz yaşlarımı, Dibinə düzmüşəm sal daşlarımı. Barı o, sinəmi deşib keçməsin, Yaralı canımı çox incitməsin. Bəzəndə qınaya bilmirəm sizi, Kəsiblər dövlətlə əlaqənizi. Məmurlar, amillər sizi atıblar, Varınızı, yoxunuzu satıblar. Çılın-çılpaq, ac-yalavac qalmısız, Gücünüz olmayıb, tez basılmısız. Məmurlar nə qədər yalan danışıb, Millət özüdə yalançı olub. Nə qədər başçınız güclü olubdur, Ölkələr zəbt edib, torpaq alıbdır. Sizsə ayrılmağı çox öyrəndiniz, Bir ortaq məxrəcə gələ bilmədiz. Hər partiya rəhbəri bir xaqandı, Onların oduna millət də yandı. Yemədilər bir-birinin sözünü, İtirdilər həqiqətin izini. Beləcə dolandı aylar da, il də, Yaxşı bir nəticə olmadı əldə. Sinəsi yaralı Azərbaycanam! İkiyə bölünən bütöv bir canam! |