"ALLAH" DEDİM-"SUS" DEDİLER
***
("Yazıram dünyanı dəyişmək üçün" şeirlər toplusundan beşinci şeir) *** "Allah" yazmadım,günahdı, Amma bəndəsindən yazdım. Acizliyin,əfəlliyin Özü təndəsindən yazdım. * Ayağımı döyə döyə Dərsim aldım onuncudan. Yazmadım dəsti xəttimi Sağ düşməmiş sonuncudan. * Əhli iman cümlə divan, Məkkədə təvaf eylədim Uydum zatı qırıqlara, Beş on kəlmə laf eylədim. * Ənəlhəqqi haqqa yazdım, Çəkdilər dara,soydular. Bir qismət malü mülkümü, Cibimdən para soydular... * Aramızı qarışdırdı Şeytan,mərəyə gəlmədi. Saçından asdım mələyi Tanrı köməyə gəlmədi. * Cənnətdən alıb dədəmi Torpağa əkdi tanrılar. Qafa çıxdım köz dalınca, Çarmıxa çəkdi tanrılar. * Bir ovuc buğdaya nə var... Yediyimi "qus"-dedilər. "Allah"-dedilər,susmadım, "Allah"-dedim,"sus"-dedilər. *** |
Yediyimi "qus"-dedilər.
"Allah"-dedilər,susmadım,
"Allah"-dedim,"sus"-dedilər.
***
Kutladım usta kalemi
___________________________Gözeldi severek oxudum usta;Salam olsun üreye